Salyan rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, pedoqoq və ictimai xadim, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2025-ci il sərəncamının icrasına uyğun olaraq Salyan rayon Mədəniyyət Mərkəzində “Bəxtiyar Vahabzadə işığında”adlı tədbir keçirilmişdir.

Tədbirdə xalql şairi Bəxtiyar Vahabzadənin zəngin poetik söz dünyasının milli çalarlarından danışılıb, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi misilsiz töhfələri diqqətə çatdırılıb, onun dərin fəlsəfi şeirləri və milli dəyərlərə olan bağlılığı ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli səhifələr yazdığı vurğulanıb.

Tədbirdə Bəxtiyar Vahabzadənin şerləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa olunub, müxtəlif kompozisiyalar təqdim edilib.