İngiltərədən təxminən 1.5 il əvvəl piyada yola çıxan 27 yaşlı Sofi Tanq və 32 yaşlı Lyuk Dikin Türkiyənin Samsun vilayətinin Alaçam rayonuna çatıblar.
Gunxeber.Az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, cütlüyün hədəfi Vyetnama çatmaq üçün daha 1.5 il piyada yol getməkdir. Rayonda qonaq edilən ingilis səyyahlar gecəni Alaçam bələdiyyəsində keçiriblər.
Sofi Tanq səyahəti və macəranı çox sevdikləri üçün Vyetnama piyada getməyə qərar verdiklərini bildirib. O vurğulayıb ki, səyahətlərini sosial şəbəkələrdə paylaşaraq gəlir əldə edirlər.
Yol yoldaşları gecəni keçirdikdən sonra rayondan ayrılıblar.






