Ermənistanın yaratdığı əngəllər Azərbaycanın qarşısında heç bir əhəmiyyət daşımır

Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.

Azərbaycan son illərdə tranzit imkanlarının genişləndirilməsi, gələcəyi hədəfləyən infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atıb. Pandemiya, Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ukrayna müharibəsi nəticəsində beynəlxalq səviyyədə müşahidə olunan geosiyasi və geoiqtisadi təlatümlər ölkəmizin qlobal əhəmiyyətli tranzit qovşağa çevrilməsi istiqamətində unikal imkanlar yaradıb.

GunXeber.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

“Nəqliyyat xəritəsini bizsiz təsəvvür etmək mümkün deyil”

Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Bakı bu imkanlardan maksimum dərəcədə yararlanmağı hədəfləyir. Qeyd etdiyimiz amillər nəticəsində dünyanın dəyişən mənzərəsində beynəlxalq iqtisadi inkişafın əsas lokomotivlərinin diqqəti Azərbaycandan keçən alternativ nəqliyyat dəhlizlərinə istiqamətlənib. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə üzərinə vurğu edilən məqamlar Azərbaycanın sözügedən sahədə qlobal miqyaslı oyunçuya çevrilmək niyyətindən xəbər verir. Dövlət başçısının da vurğuladığı kimi, “bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”.

Bu gün Azərbaycan Rusiya ilə İran körfəzini birləşdirən Şimal-Cənub, Çindən, Mərkəzi Asiyadan Avropaya quru konteynerlərin çatdırılmasını nəzərdə tutan Transxəzər, Orta dəhlizin əsas arteriyası sayılan Bakı-Tbilisi-Qars kimi meqatranzit layihələrə malikdir. Ölkəmizin qarşısında dayanan başlıca vəzifə məhz bu layihələr çərçivəsində sahib olduğumuz imkanları daha da genişləndirməkdir. Prezident İlham Əliyevin də müvafiq qurumlar qarşısında qoyduğu əsas vəzifələr məhz bunu diktə edir: “Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”.

Statistik rəqəmlər nə deyir?

Statistik məlumatlar da hər bir istiqamət üzrə gələcək proqnozların sürətli artımından xəbər verir. 2024-cü ildə Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı tranzit, 212-si isə idxal yüklərinin daşınmasını təmin edib. 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının üç dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Artan tələbat fonunda 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi bir milyon tondan beş milyon tona çatdırılıb.

Şimal-Cənub dəhlizi ilə isə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.

Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7.6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3.2 faiz çoxdur.

Qarşıdakı beş il ərzində İran ilə Azərbaycan arasında tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə iki dövlət arasında razılıq əldə olunub. Özbəkistanın Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, o cümlədən Azərbaycan ərazisindən yeni tranzit dəhlizlərinin yaradılması üzərində işləyir. Bu işlər Qazaxıstan tərəfində də sürətlə həyata keçirilir.

çatdırılması hədəfdədir. Artan tələbat fonunda bu da son deyil. Buraya hava limanlarının tikintisinin yekunlaşdırılması, əlavə dəmiryolu və avtomobil yollarının imkanlarının genişləndirilməsi də daxildir. Bütün bu işlərin vahid konsepsiya halında, zamanında icrası da diqqət mərkəzindədir. Dövlət başçısının da qeyd etdiyi kimi, “bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum – AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu – bütün bu məsələləri nəzərə alacaqdır”.

Zəngəzur dəhlizi ilə bağlı mövqe dəyişilməzdir

Təbii ki, Azərbaycanın qlobal tranzit qovşağa çevrilməsi tək iqtisadi yox, həm də siyasi çeviklik tələb edir. Bu məsələdə Zəngəzur dəhlizinin reallaşması və Bakının hədəflərinə qarşı məkrli planların zərərsizləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Artıq ölkəmizin ikinci istiqamət üzrə zəngin təcrübəsi də var. Dövlət başçısının müşavirədə Bakı-Tbilisi-Qars layihəsinin ilkin vaxtlarında üzləşdiyimiz çətinliklərlə bağlı səsləndirdiyi fikirlər buna misaldır. Zəngəzur dəhlizinə gəldikdə isə, rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın qeyri-konstruktivliyi səbəbindən açılışı hələ də reallaşmayan bu dəhlizlə bağlı Azərbaycan müvafiq addımlar atmaqdadır. Artıq İran üzərindən alternativ istiqamət müəyyənləşdirilib və tərəflərin razılığı əsasında körpülərin, yolların inşası prosesi sürətlə davam edir. Yəni, Azərbaycan qarşısında Ermənistan əngəli dövlətimizin ali rəhbərliyinin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində heç bir əhəmiyyət daşımır.

Beləliklə, Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.

İmişlidə yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxs Bakıya gətirildi

İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Azad Qulu oğlu Məmmədov xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda məktəbli qız faciəli şəkildə öldü

Bakıda 12 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, 2013-cü il təvəllüdlü, Yasamal rayon sakini Nərgiz Cəvahir qızı Əliyeva yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub

Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən obyektdə yanğın baş verib.

GunXeber.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 731 m² olan və müxtəlif təyinatlı obyektlərdən ibarət üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində yerləşən kafenin yanar konstruksiyaları 110 m² sahədə yanıb.

Binanın böyük hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

YouTube player

Qusarda avtomobildə meyit tapılıb

Qusar rayonunda avtomobildə meyit tapılıb.

GunXeber.Az xəbər verir ki, yanvarın 31-i Qusar rayonunun Xuluqoba kəndinin ərazisində Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü Vahid Sirac oğlu Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus, “Ford Transit” markalı 99-KS-626 dövlət qeydiyyat nişanlı avtomobildə tapılıb.

Hadisə ilə bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

GunXeber.Az “Report”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzov idarə etdiyi “Ford Transit” markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs Abbas Hətəmovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

GunXeber.Az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib. Məlum olub ki, Abbas Hətəmov 2022-ci ilin oktyabr ayında Azər Babaşovun 6 700 manat dəyərində xırdabuynuzlu heyvanlarını dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, 2023-ci ilin dekabrında Səxavət Məmmədovun oğlunu 22 min manata Penitensiar Xidmətə işə düzəltməyə söz verərək həmin məbləği sonuncudan alıb.

Həmçinin Abbas Hətəmov Gültəkin Rəhimovadan 67.2 kvadratmetr sahəsi olan mənzil üçün 2024-cü il avqustun 13-də 101 500 manat pulu alaraq qadına qarşı külli miqdarda dələduzluq edib.

Hakimin sualına cavab olaraq təqsirləndirilən şəxs Abbas Hətəmov özünü törədilmiş cinayətlərdə təqsirli bilməyib.

Sonra ilk olaraq zərərçəkən Gültəkin Rəhimova ifadə verərək bildirib ki, 248 saylı orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Ev almaq məqsədilə makler vasitəsilə birotaqlı mənzilə beh verib:

“Bu mənzili bizə Saqi Məhərrəmov adlı makler və Aqil adlı şəxs göstərdilər. Bir gün sonra Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində yerləşən “Hüseynoğlu Rezidens”ə getdik. Abbas bizi qarşılayıb liftlə ofisə qaldırdı. Orada Rauf adlı şəxs özünü müdir kimi təqdim etdi. Dörd-beş nəfər oturmuşdu orada. Aqil və Mehriban adlı şəxslərin adını bildim. Yanımda iki bacım, qaynım, oğlum və həyat yoldaşım vardı. Dedilər, ev sahibi gələ bilmir, onun qohumu qismində Mehriban adlı qadın gəldi və dedi ki, mən pulu götürməyə gəlmişəm. Abbas da orada idi. Bizə mənzilin maliyyə arayışları təqdim edildi. Evi satan adam qismində Sevinc Məmmədova və Alim Məmmədov adları keçirdi sənəddə. Biz pulu verdik, onlar da bizə xeyir-dua verib, çıxıb getdilər. Ancaq sonra məlum oldu ki, onlar getməyiblərmiş, Abbas qapıdan məlumat verdi ki, getdilər. Səhəri qaynım da həmin binadan ev almaq istədi, zəng etdik, telefonu götürən olmadı. Getdik ofisə, dedilər, burada belə adamlar yoxdur. Bircə Saqi adlı şəxsi gördük orada. O da dedi ki, burada belə adamlar yoxdur. Ondan sonra bildik ki, aldanmışıq”.

Qeyd edək ki, təqsirləndirilən Abbas Hətəmov 2020-ci ildə də dələduzluğa görə üç il müddətinə azadlıqdan məhrum edilib. O, həmin vaxt da özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək Hacıqabul rayonunda vətəndaşlardan xeyli miqdarda, yəni 21 min manat pul alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Polis “Koroğlu”da reyd keçirdi, cərimələr yazıldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda metronun “Koroğlu” stansiyası ətrafındakı ərazidə reyd keçirib.

Reyd zamanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış xüsusi zolaqlara daxil olan, dayanma-durma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına mane olan sürücülərə xəbərdarlıq edilib, onlardan bəziləri cərimələnib.

Yol hərəkəti qaydalarınına riayət etməsi ilə bağlı xəbərdarlıqdan sonra yol polisi əməkdaşının tövsiyələrinə əməl edəcəyini söyləyən sürücülərlə yanaşı, etirazını bildirənlər də olub.

“Kimsə zəng edəndə yolda gedə-gedə danışmalıyam?! Bəs maşını harada saxlayım”, – qaydanı pozan sürücü deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

YouTube player

Fatih Birol “Dostluq” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev türkiyəli iqtisadçı və enerji ekspertini təltif edib.

GuNXeBeR.aZ President.az-a istinadən bildirir ki, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.

Sərəncamla Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikasının sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.

Faytonçu Nazim yıxıldı, işemik insult keçirdi

“Müğənni Faytonçu Nazim ilkin olaraq Kliniki Tibbi Mərkəzə gətirilib”.

GunXeber.Az məlumat verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Qapalı kəllə-beyin travması alan müğənni Nazim Pişyarini (Faytonçu) briqada Kliniki Tibbi Mərkəzə təxliyə edib.

O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”, – məlumatda qeyd edilib.