Burun əməliyyatından sonra komaya düşüb vəfat edən Nəzrin Mansurova dəfn edildi

Burun əməliyyatından sonra komaya düşən və bir neçə gün sonra vəfat edən 30 yaşlı Nəzrin Mansurova bu gün Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün “Mərcan” klinikasında əməliyyata girən N.Mansurova sonradan komaya düşüb, daha sonra “Liv Bona Dea Hospital”a yerləşdirilib. İddia olunur ki, onun beyninə çirk yayılıb.

GuNXeBeR.Az Azxəbər.com-a istinadən dəfndən fotoları təqdim edir:

Kürdəmirdə avtomobil yanıb

Kürdəmir rayonu, Atakişili kəndi ərazisində avtomobildə yanğın baş verib.

GuNXeBeR.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

YouTube player

Goranboyda iki bacı tüstüdən zəhərlənib

Goranboyda iki bacı tüstüdən zəhərlənib.

GuNXeBeR.Az APA-ya istinadla xəbər verir ki, rayon sakinləri – 2009-cu il təvəllüdlü Z.S. və bacısı 2013-cü il təvəllüdlü G.S. odun sobasının tüstüsündən zəhərləniblər. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda küçədə meyit tapılıb

Sumqayıtda küçədən meyit tapılıb.

GuNXeBeR.Az APA-ya istinadən xəbər verir ki, hadisə 76-cı məhəllədə qeydə alınıb.

1963-cü il təvəllüdlü Qurbanxan Rufullayevin meyiti küçədə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Goranboyda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Goranboyda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

GuNXeBeR.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri – 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib.

Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Gəncədə 22 yaşlı gənc intihar etdi

Gəncədə intihar hadisəsi baş verib.

GuNXeBeR.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.

Belə ki 2003-cü il təvəllüdlü Ü.Əlizadə yaşadığı binada özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

GuNXeBeR.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov idarə etdiyi “Hyundai Grandeur” avtomobili ilə hərəkətdə olarkən piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb

Lənkəranda meyit tapılıb.

GuNXeBeR.Az-ın APA-ya istinadən xəbərinə görə, meyit Lənkəran şəhər, Hacılar küçəsi, dalan 2 ünvanında yerləşən mənzillərin birində aşkarlanıb.

Məlumata görə, meyiti tapılan şəxs şəhər sakini 1995-ci il təvəllüdlü Fəqan Qismət oğlu Hüseynlidir.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR – İDDİA

Gəmidə müqavilə əsasında işləyirlər və 2 aydan çoxdur ki, maaşlarını ala bilmirlər.

GuNXeBeR.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət ”Caspian Maritime Trading” LLC-nin əməkdaşlarından gedir.

Vasif Cəbrayılov da gəminin 14 heyət üzvlərindən biridir. O, deyir ki, onun da müqaviləsi şirkətlə 6 aylıqdır. Amma, iki aydan çoxdur ki, o da digərləri kimi əməkhaqqını ala bilmir.

Heyət üzvü onu da əlavə edib ki, həmin yük gəmisini Əli adalı şəxs icarə əsasında işlədir. Onlar dəfələrlə icarədardan pulların tələb etsələr də, ala bilməyiblər.

Məsələ ilə bağlı gəmini icarə əsasında işlədən Əli adlı şəxslə biz də əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Gəmi heyəti məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər.

Ətraflı süjetdə:

YouTube player

Siyəzəndə yaşayan sakinlər su problemindən ŞİKAYƏTÇİDİRLƏR

Siyəzən rayonunun Dağ Quşçu kənd sakinləri su problemindən şikayətçidirlər.

GuNXeBeR.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, suyun olmaması həm əhalinin yaşayış şəraitinə, həm də təsərrüfat fəaliyyətinə ciddi təsir göstərir.

Məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, ərazi uzaq olduğuna görə ciddi çətinliklər var, lakin alternativ variantlar nəzərdə tutulur.

Digər bir neçə kənddə olduğu kimi Dağ Quşçu kəndinə də şəhər mərkəzindən su xəttinin çəkilməsi planlaşdırılır.

Ətraflı süjetdə: