Paytaxtın Suraxanı rayonu Abbas Fətullayev küçəsi ilə Yeni Günəşlinin D massivini birləşdirən yolda zolaqlar silinib, xəbərdaredici nişanlar və işıqforlar yoxdur.

Bu hadisə də öz növbəsində avtomobillərin hərəkətini çətinləşdirib.

Sürücülər “Xəzər” TV-yə bildirilib ki, bu kimi hallar ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlansa da, məsələnin onların səlahiyyətində olmadığını deyiblər.

YouTube player