Abşeron rayonunun Xırdalan qəsəbəsində məktəblinin döyülməsi hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, Xırdalan şəhərində 1 nömrəli məktəbin bir qrup şagirdi qruplaşaraq şagirdlərdən birini döyüblər.
Gunxeber.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Abşeron rayonunda 17 yaşlı yeniyetmənin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub.

“Zərərçəkən şəxs valideynləri ilə birgə polis idarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda polis orqanında araşdırma aparılır”, – deyə L.İsrəfilli bildirib.





