“Real Madrid”in sabiq baş məşqçisi Xabi Alonso Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasının diqqət mərkəzinə düşüb.

Gunxeber.Az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Məlumata görə, alman klubunun idman direktoru Markus Kröşe potensial təyinatı müzakirə etmək üçün ispan məşqçi ilə görüşmək istəyir. Lakin Alonsonun daha yaxşı klubdan təklif gözləməsi səbəbindən bu seçimdən imtina edə biləcəyi vurğulanır.

Qeyd edək ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində yanvarın 21-də Bakıda “Qarabağ”la qarşılaşacaq. Əgər Alonsonun təyinatı baş tutarsa, o, yenidən Qurban Qurbanova rəqib ola bilər.

Xatırladaq ki, ispan mütəxəssis “Bayer Leverkuzen”ə rəhbərlik etdiyi dövrdə 2023-2024-cü illər mövsümündə Avropa Liqasında həm qrup, həm də pley-off mərhələsində dörd dəfə “köhlən atlar”la üz-üzə gəlib.