Ucar rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində ölən şəxs müəllim imiş.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Qazıqumlaq kənd yolunda baş verib.
“Mercedes-Benz” markalı avtomobil idarəetməni itirərək su kanalına düşüb. Nəticədə sürücü, 1994-cü il təvəllüdlü Coşqun Şəfi oğlu Məmmədov hadisə yerində boğulub ölüb.
Ucar rayonunun Qazıqumlaq kənd sakini C.Məmmədov rayonun Sehran Salmanov adına Bağman kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.







