Ucar sakininə naməlum şəraitdə ağır xəsarət yetirilib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Oğuz küçəsində baş verib

Belə ki, rayonun Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mayis Sərdar oğlu Ağasıyev bədənin kəsilmiş-deşilmiş yaraları ilə ağır vəziyyətdə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkən təcili olaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.