Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində baş verən yanğın söndürülüb.
Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində yanğın qeydə alınıb.
Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır.
Yanğının digər obyektlərə keçmə təhlükəsi var. Ərazidə bir neçə ağacın da yandığı bildirilir.






