Sözləri Cəlal Qurbanova, musiqisi Ramal İsrafilova məxsus olan mahnıya maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestr ilə yeni nəfəs verilib.
Gunxeber.az bildirir ki, estrada ulduzun bu dəfə akustik variantda səsləndirdiyi “Gizli sevgi” mahnısı instrumental alətlərlə müşayiət olunub.
Sənətçi bəstəyə Türkiyədə video çarx da hazırlatdırıb. Video rolikin müəllifi rejissor Kemal Başbuğdur.
Qeyd edək ki, layihənin akustik variantda təqdimatında 13 musiqiçi iştirak edib.






