Xumarın “Vəhşi kimi” hissləri
Fərqli ifası və tərzi ilə seçilən Xumar Qədimova pərəstişkarlarını sevindirib.
Əməkdar artist uzun müddətdir anons etdiyi mahnısını sevənlərinin ixtiyarına verib.
Sözləri Rəşad Məcid, musiqisi Neyman Mustafazadəyə aid olan mahnı “Vəhşi kimi” adlanır.
Qədimovanın mahnısı adına görə böyük marağa səbəb olub. Bəstədə darıxan şəxsin hisslərindən bəhs edilib.
Xumar yeni işi üçün obyektiv qarşısına keçərək fərqli tərzdə fotosessiya da etdirib.







