Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru Ufuk Özkan üçün donor tapılıb.

Gunxeber.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə onun qardaşı Umut Özkanın açıqlamasında deyilir.

Bildirilir ki, Ufuk Özkanın daha əvvəl birlikdə çalışdığı quruluşçu operator Salih Kıvırcık donor olub.

Xatırladaq ki, 2023-cü ildə 50 yaşlı aktyora qaraciyər sirrozu diaqnozu qoyulub.