Türkiyənin ən məşhur və sevilən rok qruplarından biri olan “maNga” böyük sevinc, eyni zamanda, həyəcanla sevənlərinin yolunu gözləyir
Xəbər verdiyimiz kimi, əfsanəvi rok qrupu 17 Yanvar, saat 20.00 – da, Bakı Konqres Mərkəzi ndə musiqi və bol enerji ilə çıxış edəcək.
”Kupon Booking” təşkilatçılığında baş tutacaq gecə ilə bağlı qrupun vokalisti Ferman Akgül “İnstagram” hesabında maraqlı paylaşım edib.
O bildirib ki, qrup uzun zaman sonra Bakıda konsert verəcəyi üçün çox həyəcanlıdır, həmçinin budəfəki konsertdə qrupun ilk albomundan da mahnılar ifa edəcək.
Bundan başqa, Akgül hər kəsin əylənəcəyi və konsertdən böyük zövq alacağının təminatını da verib.
Qeyd edək ki, 17 yanvarda baş tutacaq unudulmaz, musiqi dolu anlara çox az yer qalıb. Biletləri isə iticket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür.