Müğənni Dilarə Kazımova Heydər Əliyev Fondunun təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzinin parkında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konsert proqramında çıxış edib.

Gunxeber.Az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 32-ci ildönümü münasibətilə keçirilən konsertdə sənətçi səhnəyə çıxaraq pərəstişkarlarına unudulmaz anlar yaşadıb.

Pop ulduz əraziyə toplaşmış vətəndaşlar üçün repertuarının ən zəngin və vətənpərvər ruhda olan “Azərbaycan” mahnısını səsləndirib.

Sözügedən musiqili gecədə Kazımova yerli dizayner Samira İsmailova tərəfindən 4 saata hazırlanmış özəl libasda qatılıb.

Səhnədən endikdən sonra pərəstişkarları ilə şəkillər çəkdirib.

Gecədən lentə alınan görüntüləri təqdim edirik: