Ərdoğanın səfər proqramı açıqlandı

Oxunma sayı: 61
15-06-2021, 11:36

Ərdoğanın səfər proqramı açıqlandı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub.

“TRT xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan Ermənistan işğalından azad edilən Şuşaya yollanacaq.

Türkiyə lideri Şuşada Prezident İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Bundan sonra liderlərin təkbətək görüşü olacaqş ardından müqavilələr bağlanacaq və birgə mətbuat konfransı keçiriləcək.

Ərdoğan gecəni Bakıda keçirəcək və ertəsi gün təmaslarını davam etdirəcək. Prezident çərşənbə günü Azərbaycan Milli Məclisinə xitab edəcək.

O, Azərbaycana səfərinin son günündə Türkiyə Milli Komandasının Uelslə keçirilən oyununu izləyəcək.

Paylaş
Xəbər lentİ