Siyəzəndə içməli su xəttində qəza baş verib
Gunxeber.Az AZƏRTAC-a istinadla xəbər verir ki, qəza səbəbindən Siyəzənin 10 küçəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb.
Hazırda Siyəzən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikaları və əməkdaşları hadisə yerinə cəlb olunublar, su borusu təmir edilir.
Təmir-bərpa işləri başa çatdıqdan sonra suyun verilişi təmin ediləcək.







