Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin binası Biləsuvar rayonundan Salyan rayonuna köçürüləcək.

Gunxneber.Az-ın məlumatına görə, idarə bundan sonra Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəliyinin yerləşdiyi binada fəaliyyət göstərəcək.

Qeyd edək ki, sözügedən idarə 2023-cü ilin fevral ayında Biləsuvar Regional Mədəniyyət İdarəsinin əsasında yaradılıb. Hazırda regional idarənin müdiri Araz Əlizadədir.