Şamaxı rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Mərzəndiyə kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Aygün Azadxan qızı Miraliyeva və övladları – 2002-ci il təvəllüdlü Asif Namiq oğlu Miraliyev və 2008-ci il təvəllüdlü Natiq Namiq oğlu Miraliyev dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.






