Şəmkirdə evdən meyit tapılıb.

Gunxeber.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z.Hacıyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.