Şəkidə şəhərin mərkəzi ilə axan Qurcana çayının qəzalı vəziyyətdə olan sahil divarlarının, su tənzimləyici bəndlərin bərpa olunması, təmiri və çay yatağının təmizlənməsi işləri görüləcək.
Gunxeber.Az-ın məlumatına görə, bununla bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən tender elan edilib.
İcra hakimiyyəti görüləcək işlər müqabilində 999 min 991.5 manat ödəməyi planlaşdırıb.






