Rusiyanın Orenburq vilayətinin Orsk şəhəri yaxınlığında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Gunxeber.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər olub və hamısı ölüb.

Yerli “Telegram” kanallarının məlumatına görə, sözügedən təyyarə “Diamond Aircraft” şirkətinə məxsusdur.

Qeyd olunur ki, təyyarənin göyərtəsində Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universitetinin iki kursantı və bir pilot olub.

Hava gəmisinin Canatalap yaşayış məntəqəsində qəzaya uğradığı bildirilir. Təyyarə Moskva vaxtı ilə saat 10:40-da (Bakı vaxtı ilə saat 11:40) radarlardan itib.

Təcili yardım xidmətləri qəza yerinə yollanıb.