Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini – 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.

79 yaşlı A. Əliyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.