Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində fəaliyyət göstərən mebel sexlərinin birində yanğın qeydə alınıb.
Gunxeber.Az xəbər verir ki, hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.
Qeyd olunub ki, hadisə barədə məlumat daxil olan kimi Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası dərhal əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik və operativ müdaxiləsi sayəsində alovun genişlənərək yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb və yanğın qısa zaman ərzində tam söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 378 m² təşkil edən obyektin 330 m²-lik hissəsi içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Sexin 48 m²-lik otağı içərisindəki əşyalarla, eləcə də sexə bitişik olan üç fərdi yaşayış evi yanğından mühafizə olunub.








