Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü – 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü Banu Qasımova və 2023-cü il təvəllüdlü Azər Qasımov xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, fakt araşdırılır.