Mingəçevirdə marketdə ölüm hadisəsi baş verib.

Gunxeber.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsində yerləşən “Qədiroğlu” marketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb.

Alış-veriş etmək üçün marketə gələn 1953-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mikayıl Məmmədovun halı qəfil pisləşib və o, yerə yıxılıb. Hadisə yerinə çağırılan həkimlər tərəfindən aparılan ilkin müayinə zamanı kişinin ürək çatışmazlığından vəfat etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.