“Sağlamlığınızı yaxşılaşdırmaq üçün may, iyun, sentyabr və oktyabr aylarında istirahət etmək yaxşıdır”.
Gunxeber.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim İvan Yeryomenko məlumat verib.
“Bu dövrdə havanın temperaturu mülayim, gündüz saatları uzun və ürək-damar sisteminə düşən yük minimaldır. Bu, bədənin tam istirahət etməsinə, yuxunu yaxşılaşdırmağa, hormonal balansı normallaşdırmağa və immunitet sistemini gücləndirməyə imkan verir”, – deyə həkim mövqeyini əsaslandırıb.
Qeyd olunub ki, yaz istirahəti maddələr mübadiləsini sürətləndirir və qışdan sonra enerjini artırır. Eyni zamanda, payız istirahəti mövsümi yorğunluq riskini azaltmağa kömək edir.





