Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq

Oxunma sayı: 100
28-06-2021, 09:43

Whatsapp üçün gözlənilən vacib funksiya məhdud şəkildə çalışacaq


Yaxın zamanda Whatsapp istifadəçiləri smartfonla aktiv sinxronlaşdırma olmadan da messenceri həm kompüterdə həm də digər cihazlarda istifadə edə biləcəklər.
Lakin məlum olub ki, məşhur messencerin bu yeni funksiyası məhdud şəkildə çalışacaq. WabetaInfo saytının insayderləri Whatsapp-ın test versiyasını incələyərək bu xəbəri veriblər. Qeyd etmək lazımdır ki, yaxın zamanda Whatsapp-dakı istifadəçi hesabını 4 müxtəlif cihazda işə salmaq mümkün olacaq. Lakin məlum olub ki, 4 cihazdan yalnız 1-i smartfon ola bilər.

Bununla da istifadəçi öz hesabının digər cihazlar üçün dublikatını yarada bilməyəcək. Bunun əvəzinə istifadəçi kompüter (Whatsapp Web və Whatsapp Desktop) və Facebook-un Portal cihazları üçün olan müstəqil Whatsapp tətbiqlərindən istifadə etməli olacaq. Aşağıda təqdim olunmuş screenshot fotodakı məlumata əsasən messencerin çalışma keyfiyyəti istifadə olunan platformadan asılı olaraq fərqlənəcək. Müxtəlif cihazlarda bir istifadəçi hesabı ilə çalışma imkanına sahib Whatsapp versiyasının nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Paylaş
Xəbər lentİ