Yanvarın 27-dən etibarən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.
Gunxeber.Az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” müvafiq Qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və beş gün davam edəcək.
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunur.
Qeyd edək ki, beş və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü fevralın 2-si olacaq.






