Lənkəranda altıotaqlı ev yanıb.
Gunxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 kvadratmetr (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli altıotaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






