Xırdalan şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Ana və Bala” parkında baş vermiş qətlin təfərrüatı məlum olub.
Gunxeber.Az “Teleqraf”a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü Fərid Məmmədovun Elmir Bədirova bıçaqla ağır xəsarət yetirməsinə səbəb borc mübahisəsi olub.
Belə ki, Elmir Bədirov Fərid Məmmədovdan ona verdiyi 10 manatı geri istəyib. Bu səbəbdən aralarında mübahisə yaranıb və dava düşüb.
Mübahisə zamanı Fərid Məmmədov bıçaqla Elmir Bədirova bir neçə zərbə endirib.
Xırdalan şəhərində parkda qətl törədən şəxs saxlanılıb.
Gunxeber.Az-ın məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Abşeron rayonunda 19 yaşlı oğlan qətlə yetirilib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Xırdalan şəhərindəki parkda baş verib.
Şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bədirov ürəyindən bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Hadisəni törədən şəxs ərazidən qaçıb. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin kimliyi müəyyən edilib, hazırda onun saxlanılması istiqamətində tədbirlər görülür.






