Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb.
Gunxeber.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, həmin şəxsdən bir kiloqram heroin, bir kiloqram marixuana, bir ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






