Avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində bir nəfər qətlə yetirilib.

Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 1965-ci il təvəllüdlü Firdovsi Həsənovdur.

O, kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.