İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gunxeber.Az-a Kürdəmir Rayon Prokurorluğundan bildiriblər.
Qeyd olunub ki, araşdırmalarla 1986-cı il təvəllüdlü Elşən Abdulovun Kürdəmir rayonunun Şilyan kəndində yerləşən yaşadığı evdə 1990-cı il təvəllüdlü Samirə Abdulovanı bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elşən Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.
Gunxeber.Az xəbər verir ki, faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qeyd edək ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.
Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Bildirilir ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qadının meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Qətlin səbəbləri araşdırılır.






