Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.

Gunxeber.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalarla qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və səkkiz kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.