Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Qusar Rayon Polis İdarəsi (RPİ) məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxs 28 yaşlı Tural Qasımovdur.
“Onun idarə etdiyi VAZ-2106 markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edilib.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 1 ay inzibati qaydada həbs edilib”, – deyə məlumatda qeyd olunub.