Narkotik maddələr satan ata və oğlu ifşa ediliblər.

Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar narkotikləri soyuducuda saxlayıblar.

Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

YouTube player