Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ev sahibi 5 000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib.
Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş – 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıb.
Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.
Araşdırmalar davam etdirilir.







