Ağsuda bıçaqlanma hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, Seymur Nuriyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı 46 yaşlı Gündüz Nuriyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.






