Metropoliten vaqon təmiri və çıraqlara 1,3 milyon manat xərcləyir

Oxunma sayı: 39
10-06-2021, 09:59

Metropoliten vaqon təmiri və çıraqlara 1,3 milyon manat xərcləyir


“Bakı Metropoliteni” QSC istismarda olan metro vaqonlarının (Vaqonların siyahısı 2825-1912-1911-1910-2826, 2853-1999-3003-3007-2854, 2723-1582-1583-1584-2724, 2725-1585-1586-1588-2726, 2659-1474-1475-1476-2669,2803-1853-1852-1851-2804,2772-1741-1740-1739-2773) ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi,qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması ilə bağlı elan olunan tenderə yekun vurub.

“Tenderin qalibi “Nəqliyyat Təmir-Təchizat” MMC olub. Qalib şirkətlə 666,212 min manat dəyərində müqavilə imzalanıb.

Qurumun çəp tipli işıqlandırıcı çıraq və ehtiyat hissələrinin satınalınması ilə bağlı tenderinin qalibi “Erg Baku” olub və şirkətə 633,896 min manat ödəniləcək.

Paylaş
Xəbər lentİ