Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.
Hərəkətdə olan "Opel" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.