Tovuzda qadın dəm qazından zəhərlənib

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.
Kənd sakini olan qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə qadın yaşadığı evdə dəm qazından zəhərlənib.