Bakıda avtomobil aşıb - FOTO

Bakının Səbail rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Rəşid Behbudov və Şamil Əzizbəyov küçələrinin kəsişməsində qeydə alınıb. "BMW" və "Toyota Prius” markalı avtomobillər toqquşub.
Avtomobillərin toqquşması nəticəsində " Prius" aşıb. Nəticədə minik maşını yararsız hala düşüb.

Avtomobillər ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.