Nigeriyada gəmi qəzası nəticəsində 10 nəfər ölüb

Nigeriyanın şimalındakı Kebbi əyalətində Niger çayında gəminin batması nəticəsində 10 nəfər həlak olub.

APA-nın “France-Presse” (AFP) agentliyinə istinadla verdiyi məlumata görə, göyərtəsində yüzə yaxın sərnişinin olduğu gəmi çayı keçərkən ikiyə bölünüb.
Nigeriya rəsmilərinin sözlərinə görə, 80-dən çox adam xilas edilib, 10 sərnişinin cəsədi tapılıb, daha 10 nəfər itkin düşüb.

İlkin versiyaya görə, hadisəyə səbəb gəminin həddindən artıq yüklənməsi olub.