Qanunsuz ov edənlərdən 2 ov tüfəngi götürülüb - FOTO

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayon sakinləri M.Alıyev və E.Rüstəmov 7 saylı qəsəbə ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və ovladıqları çöl heyvanı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.