FIFA Almaniya millisi barədə qərarını verib

FIFA Almaniya millisini dünya çempionatının I turunda Yaponiya ilə oyundan əvvəl etdiyi hərəkətə görə cəzalandırmayacaq.

Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan əvvəl alman futbolçular kollektiv fotoda əlləri ilə ağızlarını bağlayıblar.
Onlar bunu FIFA-nın “OneLove” kapitan sarğılarını qadağan etməsinə etiraz əlaməti olaraq ediblər. Bundestimin kapitanı Manuel Noyer də məsələyə münasibət bildirib: “FIFA sarğımızı ala bilər, amma bizi heç vaxt susdurmayacaqlar. Öz dəyərlərimizi və insan haqlarımızı müdafiə edirik”.

Almaniya Futbol İttifaqı isə oyunçularını müdafiə edib: “Bizim üçün sarğıdan imtina etmək səsdən imtina etmək kimidir. İnsan hüquqları müzakirə edilə bilməz”.

Qeyd edək ki, Almaniya yığması E qrupunda növbəti oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.