İmişlidə maşın aşıb, 2 nəfər ölüb

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb. İmişli sakini, 1986-cı il təvəllüdlü Bayramov Xanlar Xasməmməd oğlunun idarə etdiyi "VAZ 21015" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Bayramov Fariz Gülməmməd oğlu xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.