Biləsuvarda 2 nəfər dəm qazından zəhərlənib

Biləsuvarın Ağayrı kəndində iki nəfər dəm qazından zəhərlənib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, eyni evdə yaşayan 1962-ci il təvəllüdlü Əflat Tahirov və 1975-ci il təvəllüdlü Elmira Tahirova dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslər rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.