Türkiyə insulin istehsal edəcək

Türkiyə insulin istehsal edəcək.

Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabında yazıb:

“Xroniki xəstəlik olan şəkərli diabetdə həyati əhəmiyyət kəsb edən insulinin yerli istehsalı üçün hərəkətə keçdik”.

O, Türkiyə Dərman və Tibbi Cihazlar Agentliyinin (TİTCK) şirkətləri diabet xəstələri üçün həyati əhəmiyyət kəsb edən yerli insulin istehsalına çağırdığını açıqlayıb.