Azərbaycanın axtardığı şəxs Polşada tutuldu

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutulub.

Məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilmiş 1988-ci il təvəllüdlü Hamlet Məmmədov Polşa polisi tərəfindən saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verildiyi bildirilir.

H.Məmmədovun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.